ABŞ prezidenti Donald Tramp 29 apreldə Ağ Evdə keçirdiyi brifinqdə Putinlə telefon danışının detallarını da yada salıb.
Herbiand.az xarici mənbələrə istinadən xəbər verir ki, Trampın sözlərinə görə, Putin Vaşinqton və Tehran arasında potensial razılaşmanın əsas mövzusu olan İranın zənginləşdirilmiş uranı məsələsinə həll yolları təklif edib.
Tramp isə cavabında onu Ukraynaya qarşı müharibənin dayandırılmasını İran təşəbbüslərindən üstün tutmağa çağırıb.
"Mən dedim ki, Ukrayna ilə müharibənin dayandırılması ilə daha çox məşğul olmanızı istərdim. Mən dedim ki, Mənə kömək etməzdən əvvəl mən sizin müharibənizi bitirmək istəyirəm”.