2026-cı ilin ilk dörd ayında 127 min rusiyalı Ukraynadakı xüsusi hərbi əməliyyat zonasına göndərilmək üçün Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb.
Herbiand.az bildirir ki, bu rəqəmi Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Bilik. Birinci" təhsil marafonunda çıxış edərkən açıqlayıb.
Onun sözlərinə görə, daha 10 min vətəndaş könüllü bölmələrdə xidmət üçün müqavilə imzalayıb.
Medvedev həmçinin xatırladıb ki, 2025-ci ildə 450 min rusiyalı müqavilə imzalayıb və xüsusi hərbi əməliyyat zonasına göndərilib.
Bəxtiyar CƏFƏRLİ