Rusiyanın hələ haqqında danışılmayan qabaqcıl silah nümunələri var.
Herbiand.az bildirir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
Daxili inkişafların unikallığından danışan Medvedev vurğulayıb ki, məsələ təkcə "Oreşnik" ballistik raketi deyil, digər nümunələr də mövcuddur: "Hazırda bizdə onların sahib olduğu hər şey var, amma onlarda bizdə olan yoxdur".
O, Rusiyanın düşməninin təkcə Ukrayna deyil, həm də Rusiya ilə müharibədə birbaşa iştirak edən onlarla Qərb ölkəsi olduğunu qeyd edib.
Bəxtiyar CƏFƏRLİ