Advertisment

Milli Onkologiya Mərkəzində partlayış - ölən və yaralanan var

Milli Onkologiya Mərkəzində partlayış hadisəsi Şua-diaqnostika şöbəsində baş verib.

Şöbənin birinci mərtəbəsində qeydə alınan hadisə zamanı həkim-radioloq Asif Nəsirli ağır bədən xəsarətləri alıb, xəstə Mübariz Əliyev hadisə yerində vəfat edib.

Asif Nəsirli təcili olaraq xəstəxanaya hospitalizasiya olunub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar, hadisənin baş vermə səbəbləri araşdırılır.