Azərbaycanda makroprudensial siyasətin aktiv tətbiqi maliyyə sabitliyinin qorunmasına və iqtisadi məqsədlərin dəstəklənməsinə töhfə verir.
Herbiand.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) qiymətləndirməsində qeyd olunub.
Hesabatda bildirilir ki, Basel III standartlarına mərhələli keçid maliyyə sektorunda və kredit təklifində kəskin pozuntuların qarşısını alıb, eyni zamanda bank sektorunun kapital və likvidlik şoklarına davamlılığını artırıb.
IMF qeyd edir ki, risk əsaslı nəzarət modelinin tətbiqi Azərbaycan Mərkəzi Bankına resurslardan daha səmərəli istifadə etməyə imkan verəcək.
Bununla yanaşı, Fond vurğulayır ki, Mərkəzi Bank gələcəkdə də resursların yetərliliyinə diqqət yetirməlidir. Xüsusilə Basel III-ün ikinci mərhələsi çərçivəsində ayrı-ayrı bankların risklərinin daha dəqiq qiymətləndirilməsi bu məsələnin aktuallığını artırır.