Advertisment

“Ukrayna Putinin münaqişə barədə dediyi sözlərinə inanmamalı idi” - Keçmiş baş prokuror

Ukraynada bir çoxları Rusiya prezidenti Vladimir Putinin münaqişənin sona çatmaq üzrə olduğu barədə bəyanatını eşitdikdən sonra "rahatlaşdı".

Herbiand.az bildirir ki, bunu Ukraynanın keçmiş baş prokuroru Yuri Lutsenko qeyd edib.

O, hesab edir ki, tez sülhə ümid etməyə dəyməz: “Məsələ bundadır ki, Rusiya yeni hücum üçün əhəmiyyətli qüvvələr cəmləşdirib. Rusiya ordusu dayanmaq niyyətində deyil və məqsədlərinə çatana qədər döyüşməyə davam etməyə hazırdır”.

Keçmiş baş prokuror deyib ki, Putinin sözlərini hərbi əməliyyatlara tez bir zamanda son qoymaq vədi kimi deyil, Rusiyanın öz şərtləri ilə danışıqlara və sülhə hazırlığının siqnalı kimi başa düşmək lazımdır.

Eyni zamanda, Lutsenko vurğulayıb ki, Rusiya lideri ümumiyyətlə,  münaqişəyə son qoymaq barədə danışmayıb. O, bu şərhin sonradan Qərb mediası tərəfindən irəli sürüldüyünü bildirib: "Putin dedi ki, yalnız Ukrayna qoşunlarını Donbasdan çıxardıqdan sonra müharibə saxlanıla bilər. Dayandırılmaq yox, yalnız saxlanılma. Və normal danışıqlar üçün şərait yarana bilər".

Bununla əlaqədar olaraq, o, ukraynalılara nəinki siyasətçilərin, o cümlədən Rusiya siyasətçilərinin açıqlamalarına diqqət yetirmələrini, eyni zamanda Rusiya Silahlı Qüvvələrinin fəaliyyətlərinə də fikir vermələrini tövsiyə edib.

Xatırladaq ki, Vladimir Putin mayın 9-da Ukrayna münaqişəsinin başa çatmaq üzrə olduğunu elan etmişdi.

Bəxtiyar CƏFƏRLİ