Bu gün günorta saatlarında Leninqrad vilayətinin hava məkanında dron xəbərdarlığı verilib.
Herbiand.az xəbər verir ki, bu barədə vilayət qubernatoru Aleksandr Drozdenko Telegram-da məlumat yayıb.
Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri vilayyət səmasında “Xalça” rejimi tətbiq edib.
Bu səbəbdən Pulkovo Hava Limanının onlayn uçuş məlumat lövhəsinə görə, getdikcə daha çox uçuş gecikib. Ən çox gecikmə saat 13:00 ilə 15:00 arasında baş verib.
Təyyarələr Leninqrad yaçınlığında səmadə dövrə vurmağa başlayıb.

