Advertisment

Ukraynanın Rostova dron hücumu nəticəsində ölənlərin sayı 5-ə çatıb

Ukraynanın Rusiyanın Rostov vilayətinə dron hücumu nəticəsində ölənlərin sayı 5-ə çatıb.

Herbiand.az xəbər verir ki, bu barədə vilayət qubernatoru Yuri Slyusar bildirib.

Qubernatorun sözlərinə görə, dronla vurulan evin dağıntıları altından daha 3 nəfərin meyiti tapılıb.

Onlardan biri uşaqdır.

Bundan əvvəl Ukraynanın dron zərbələri nəticəsində 2 nəfərin öldüyü, 5 nəfərin yaralandığı açıqlanmışdı.