İran Fransanın Tehrandakı səfiri Pyer Koşarı Xarici İşlər Nazirliyinə çağıraraq, Parisi ölkənin daxili işlərinə müdaxilə etməkdə ittiham edib. Tehran Fransa hökumətini “əsassız hərəkətlərə” son qoymağa çağırıb.
Herbiand.az xəbər verir ki, “Le Figaro” bu haqda yazı dərc edib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqainin bildirdiyinə görə, səfirin XİN-ə çağırılması ötən həftə Tehranda fəaliyyət göstərən iki fransız diplomatın saxlanılmasından sonra baş verib. İran tərəfi Fransa hökumətinin “aldadıcı bəhanələrlə” ölkənin daxili işlərinə qarışdığını iddia edib.
Bəqai bildirib ki, Fransa hökuməti bu cür addımlara və müdaxilələrə son verməlidir. Onun sözlərinə görə, saxlanılan iki fransız diplomatın fəaliyyəti İran hakimiyyətinin qiymətləndirməsinə əsasən “heç bir halda əsaslandırılmış hesab edilə bilməz”.
Fransa tərəfi məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib. Bu hadisə iki ölkə arasında diplomatik gərginliyin daha da artdığı bir vaxta təsadüf edir.