Avropa Auditorlar Məhkəməsi Avropa İttifaqının (Aİ) Rusiya əleyhinə sanksiyalarının nəzərdə tutulduğu kimi işləmədiyini bildirib. Qurumun müəyyən etditi çatışmazlıqlar xüsusi hesabatda qeyd olunub.
Herbiand.az bu barədə Die Zeit nəşrinə istinadən xəbər verir.
Sənədin müəllifləri milli hakimiyyət orqanlarının məhdudiyyətlərin tətbiqinə yanaşmalarındakı hüquqi qeyri-müəyyənliyə və uyğunsuzluqlara işarə edirlər. Bütün bunlar sanksiyaların tam təsirini əldə etməsinə mane olur. Bundan əlavə, hesabatda Avropa Komissiyasının Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsinin monitorinqindəki boşluqlar müəyyən edilib.
Komissiya sanksiyaların ümumi effektivliyini qiymətləndirmək üçün aydın meyarlar müəyyən edə bilməyib. Buna görə də, onların nəzərdə tutulan məqsədə nə dərəcədə çatdığını anlamaq çətindir.
Bəxtiyar CƏFƏRLİ