Polşa şirkətləri Ukraynanın “Boqdan” özüyeriyən artilleriya sistemi üçün yeni təkərli şassi istehsalını başlatmağı planlaşdırır. Artıq əməkdaşlıq müqaviləsi imzalayan iki şirkət onun dizaynını hazırlayacaq və istehsal edəcək.
Herbiand.az bildirir ki, bu barədə Defence Blog nəşri yazıb.
Layihədə iştirak edənlər PK MIL və SZCZ NIAK Pojazdy Specjalne şirkətləridir. İkinci şirkətin xüsusi təyinatlı təkərli nəqliyyat vasitələri istehsalında təcrübəsi var.
Müqavilənin maliyyə şərtləri məlum deyil. Tərəflər həmçinin, işə nə vaxt başlamağı planlaşdırdıqlarını da dəqiqləşdirməyiblər.
Bəxtiyar CƏFƏRLİ