Advertisment

Hizbullah İsrailə cavab verəcəyinı and içdi

İranın dəstəklədiyi Hizbullah qruplaşması İsrailin Livanda dağıdıcı hava hücumlarına cavab vercəyinə and işib.

Herbiand.az xəbər verir ki, Şiə qruplaşması bunu 9 aprel Cümə axşamı gecəsi İsrailin "atəşkəs rejimini pozmasına" cavab olaraq verdiyi açıqlamada bildirib. Hizbullah əlavə edib ki, İsrailə qarşı əks-hücumlar "İsrail-Amerika təcavüzü" dayandırılana qədər davam edəcək.

Livan Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin hava hücumları nəticəsində ən azı 182 nəfər həlak olub, təxminən 890 nəfər yaralanıb. BMT-nin Baş katibi António Guterres hücumları qətiyyətlə pisləyərək, onları "yüzlərlə mülki şəxsin, o cümlədən uşaqların ölümünə və yaralanmasına" səbəb olan və mülki infrastruktura zərər verən "kütləvi hücumlar" adlandırıb.