Almaniyanın Volqast şəhərində yerləşən Peene-Werft gəmiqayırma zavodunda 3-cü və sonuncu “Tip-424” sinifli radioelektron kəşfiyyat gəmisinin ilk polad kəsmə mərasimi keçirilib.
Herbiand.az bildirir ki, gəmi Almaniya Hərbi Dəniz Qüvvələri üçün nəzərdə tutulub. Mərasimdə bundesver nümayəndələri də iştirak edib.
Rheinmetall-ın mətbuat xidmətindən verilən məlumata görə, polad kəsmə mərasimi planlaşdırılan vaxtdan xeyli əvvəl baş tutub.
Casus gəmisi istismara verildikdən sonra Almaniya Hərbi Dəniz Qüvvələri, həmçinin Kibertəhlükəsizlik və İnformasiya Xidməti tərəfindən birgə istifadə olunacaq.
Bəxtiyar CƏFƏRLİ