Advertisment

Sabahın hava proqnozu açıqlanıb

Sabah Azərbaycanda hava necə olacaq?

Aprelin 18-də gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Herbiand.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında gözlənilən hava proqnozu

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-13, gündüz 16-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 65-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava necə olacaq?

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi qərb rayonlarında qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.

Havanın temperaturu gecə 8-11, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 10-15, bəzi yerlərdə 18 dərəcə isti olacaq.