Ukrayna Silahlı Qüvvələrin Baş Komandanı Aleksandr Sırski bildirib ki, ölkəsinin ordusu hazırda Rusiya hərbçiləri ilə üç əsas sahədə rəqabət aparır. Bunlara pilotsuz sistem bölmələrinin inkişafı və sayı, texnoloji aspektlər, həmçinin iqtisadi imkanlar daxildir.
Herbiand.az xəbər verir ki, Sırski bu barədə Telegram kanalında qeyd edib.
“Bu qarşıdurmada qalib gəlmək üçün pilotsuz sistemlərimizin gücünü və effektivliyini artırmaqdan başqa çarəmiz yoxdur. Eyni zamanda, əsgərlərimizin həyatını qoruyub saxlamaq lazımdır”, - Baş Komandan deyib.
Onun sözlərinə görə, Ukrayna tərəfi artıq sabit qanadlı və çoxrotorlu kəşfiyyat və zərbə təyyarələrindən tutmuş FPV dronlarına, radio ilə idarə olunan və fiber optik sistemlərə, eləcə də tutucu dronlara və yerüstü robot sistemlərinə qədər müxtəlif növ pilotsuz uçuş aparatlarının hazırlanmasında müəyyən uğurlar əldə edib.
Eyni zamanda, Sırski əhəmiyyətli çətinliklərin mövcudluğunu etiraf edib. Bunlara tədarük məsələləri, pilotsuz sistem bölmələrinin strukturunda islahatların aparılması zərurəti, tədqiqat və inkişaf seminarlarına kifayət qədər dəstək verilməməsi daxildir.
Bəxtiyar CƏFƏRLİ