Advertisment

Seçkilərdə sürücüsünün həyat yoldaşına uduzan mer istefa verib

Rusiyanın Sverdlovsk vilayətindəki Berezovski şəhərinin meri Yevgeni Pistsov seçkilərdə sürücüsünün həyat yoldaşına uduzduğuna görə istefa verib.

Herbiand.az bildirir ki, bu barədə “Ural Mash” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, Rusiyalı məmur könüllü olaraq istefa ərizəsi yazıb. Yerli Duma onun qərarını artıq dəstəkləyib.

E1.ru portalı yazıb ki, onun yerinə müvəqqəti olaraq Vladimir Şauraks mer təyin edilib.

Qeyd edək ki, Yevgeni Pistsov 2011-ci ildən bəri mer vəzifəsində çalışırdı.

Bəxtiyar CƏFƏRLİ