Advertisment

Ukrayna Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərlə silah və dronların tədarükü üçün müqavilələr imzalayıb

Ukrayna Prezidenti Vladimir Zelenski Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətərlə Ukrayna silah və dronlarının tədarükü üçün on illik müqavilələr imzaladığını elan edib.

Herbiand.az xəbər verir ki, Ukrayna lideri X hesabındakı paylaşımında bildirdiyinə görə, o, Yaxın Şərq və Fars körfəzindəki 11 ölkədən artıq sorğuların alındığını qeyd edib.

Onun sözlərinə görə, Ukraynada, həm də digər ölkələrdə birgə silah istehsalı planlaşdırılır. Ukrayna Prezidenti bildirib ki, artıq Avropa ölkələri, xüsusən də Almaniya, İtaliya, Norveç, İsveç və Hollandiya ilə işlərə başlanılıb.