2000-ci illərdə Malayziyada keçirilən sınaqlar zamanı Qərb tankları Rusiya T-90S-lərindən fərqli olaraq cəngəllik şəraitində effektivliyini sübut edə bilmədilər.
Herbiand.az xəbər verir ki, bu barədə “Rostex” dövlət korporasiyasının nümayəndələri söyləyiblər.
“2000-ci illərdə Malayziya sınaqları zamanı nə Fransanın “Leclerc”, nə Amerikanın “Abrams”, nə də Almaniyanın “Leopard”ı cəngəllikdə yürüşün finalına çata bilmədilər”, - korporasiyadan bildirilib.
Qeyd olunur ki, xarici döyüş maşınları daha böyük çəkilərinə və daha mürəkkəb güc aqreqatına görə ciddi logistika problemləri ilə üzləşiblər.
Bəxtiyar CƏFƏRLİ