Rusiya 1 maydan etibarən Qazaxıstandan Almaniyaya “Drujba” boru kəməri ilə neft nəqlini dayandırmaq istəyir.
Herbiand.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi çərşənbə axşamı, 21 apreldə üç mənbəyə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, hər iki ölkəyə düzəliş edilmiş cədvəl göndərilib. Agentlik əlavə edib ki, bu addım Ukraynadakı müharibə ilə bağlı Rusiya ilə Almaniya arasında yaranan gərginlik səbəbindən atılır.