Hindistana 300 ədəd uzun mənzilli R-37M “hava-hava” raketlərinin satışı Su-30MKİ qırıcılarını kökündən dəyişdirəcək.
Herbiand.az bildirir ki, bu barədə Military Watch Magazine (MWM) məlumat verib.
Jurnal Hindistan mediasına istinadən bildirir ki, Moskva ilə Yeni-Dehli arasında olan müqavilənin məbləği 1,2 milyard dolları keçib: “Rusiya R-37M-lərinin mənzili Çinin PL-17 və ABŞ-ın AIM-174-ü ilə müqayisə edilə bilər. Bu raketlər Hindistanın Su-30MKİ qırıcılarının hədəf mənzilini demək olar ki, üç dəfə artıracaq, halbuki bu təyyarələrin modernləşdirilməsi üçün daha geniş planlar nəzərdən keçirilir".
R-37M raketinin mənzili 350-400 kilometrdir. Raket hipersəs sürətə (Mach altı) malikdir və 61 kiloqram ağırlığında döyüş başlığı daşıyır.
Bəxtiyar CƏFƏRLİ