Advertisment

Dağıstan rəhbəri Melikov istefa verdi

Dağıstan rəhbəri Sergey Melikov istefa verib.

Rusiya Prezidenti istefanı qəbul edib.

Herbiand.az Rusiya mənbələrinə istinadən xəbər verir ki, onun yerinə Fyodor Şukin hökumət başçısının səlahiyyətlərini icra edən təyin edilib. Putin bununla bağlı fərman imzalayıb.

Sergey Melikov 2021-ci ilin oktyabr ayından Dağıstan rəhbəri vəzifəsində çalışırdı. Bundan əvvəl, o, Stavropol diyarını təmsil edən Federasiya Şurasının üzvü idi.