Advertisment

“Cəbhədə daha çox sayda dronlara ehtiyac var” - PUA ekipaj komandiri

Rusiyada bir çox hücum qabiliyyətli PUA modelləri var, lakin bütün cəbhə boyunca Ukrayna Silahlı Qüvvələri üzərində üstünlüyü qorumaq üçün onların istehsalı əhəmiyyətli dərəcədə artırılmalıdır.

Herbiand.az bildirir ki, bunu "İrlandiyalılar" ayrı-ayrı PUA zərbə bölməsinin FPV dron ekipajının komandiri Platon Mamatov deyib.

Mamatovun sözlərinə görə, onun ekipajı hər ay ağır texnika da daxil olmaqla onlarla texnikanı məhv etməyi bacarır: “Bu, Ukrayna ordusunun müəyyən bir ərazidəki logistikasını ciddi şəkildə çətinləşdirir, lakin onu tamamilə aradan qaldıra bilmir. Biz yalnız “quşlar” və sursat sayı ilə məhdudlaşırıq. Ona görə yox ki, tamamilə yoxdur, ona görə ki, daha çox lazımdır”.

Komandir əlavə edib ki, onun bölməsi bəzi dronları özü almalı olur. Lakin həm hazır PUA-ların, həm də fərdi komponentlərin qiyməti daim artır.

Bəxtiyar CƏFƏRLİ