Rusiyanın Ukraynaya qarşı təcavüzünü araşdıran xüsusi tribunalın ilk qərarları 2028-ci ildən tez olmayaraq verilə bilər. Hazırda hüquqi və sübut bazası hazırlanır.
Herbiand.az bildirir ki, Ukrayna Prezidenti Aparatının rəhbərinin müavini İrina Mudra bu barədə "European Pravda"ya verdiyi müsahibədə danışıb.
Onun sözlərinə görə, tribunalın yaradılmasının son mərhələsi may ayında Kişinyovda keçiriləcək Avropa Şurasının nazirlərinin görüşündə rəsmiləşdirilməlidir. Tribunal Haaqada yerləşəcək və işə hazırlıq mərhələsi olan Skeleton Tribunal ilə başlaması gözlənilir.
Birinci mərhələ hakimlər, prokurorlar və müstəntiqləri seçəcək idarəetmə komitəsinin yaradılmasını əhatə edir. Hakimlərin seçim prosesi 2026-cı ilin sonuna qədər başlaya bilər.
Tribunal Rusiyanın ən yüksək siyasi və hərbi rəhbərliyinin 30-a qədər üzvünün, o cümlədən əsas vəzifəli şəxslərin işlərinə baxacaq.
Bəxtiyar CƏFƏRLİ