Advertisment

Rusiyalı jurnalist Ukrayna ordusunun dron zərbəsinə məruz qalıb

Rusiyanın TASS agentinin fotojurnalisti Aleksandr Poleqenko Zaporojye bölgəsində Ukrayna Silahlı Qüvvələrinin dronu tərəfindən hücuma məruz qalıb.

Herbiand.az bildirir ki, bu barədə agentlik məlumat yayıb.

Rus jurnalistin avtomobilinə Zaporojye bölgəsinin Vasilyevka şəhərində Ukrayna Silahlı Qüvvələrinin dronu tərəfindən hücum edilib. Zərbə zamanı Poleqenko şəhərdəki vəziyyəti lentə alırmış. Fotojurnalist xəsarət almayıb, lakin avtomobilinə kiçik ziyan dəyib.

Bəxtiyar CƏFƏRLİ