Çin ABŞ-dan neft və soya almaqda maraqlı olduğunu bildirib.
Herbiand.az xəbər verir ki, bunu Çin sədri Si Cinpinlə iki saatlıq danışıqlardan sonra Fox News-a verdiyi müsahibədə ABŞ Prezidenti Donald Tramp bildirib.
İran neftinin əsas xarici alıcısı olan Çin, Trampın 2025-ci ildə Çinlə "ticarət müharibəsi" başlamazdan əvvəl ABŞ-dan az miqdarda neft alıb. Bundan əlavə, AFP xəbər agentliyinin məlumatına görə, Pekin Amerika soya paxlasının alışını kəskin şəkildə azaldıb və bunun əvəzinə Braziliyadan tədarükü həyata keçirib.