Latviya və Litva Hörmüz boğazında naviqasiya təhlükəsizliyini təmin etmək üçün mümkün Avropa missiyasında iştirak etməyə hazırdır. Lakin onlar hesab edirlər ki, bu, NATO-nun şərq cinahını zəiflətməməlidir.
Herbiand.az xəbər verir ki, bu barədə “Euractiv” portalı məlumat yayıb. Məlumata görə, Litvanın müdafiə naziri Robertas Kaunas Vilnüsün Hörmüz boğazında əməliyyatda iştirak etməyə hazır olduğunu təsdiqləyib. Latviya da mümkün missiya üçün resurslar təmin etməyə hazırdır. Respublika əvvəllər Qırmızı dənizdə gəmiçiliyi qorumaq üçün Aİ-nin “Aspides” əməliyyatında iştirak edib.
Portal yazır ki, Avropa diplomatiyasının rəhbəri Kaya Kallas “Aspides” əməliyyatının mandatını Hörmüz boğazını da əhatə etməklə genişləndirmək təklifini irəli sürüb. Bir neçə Aİ ölkəsi artıq əlavə gəmilər təqdim etməyə hazır olduqlarını bildirib. Lakin Avropa diplomatları hərbi dəniz qüvvələrinin məhdudluğunu etiraf edir və missiyanın genişləndirilməsinin Baltikyanı bölgədəki NATO qüvvələrinə əlavə yük ola biləcəyindən ehtiyatlanırlar.