Senatorlar xüsusi hərbi əməliyyat iştirakçılarının ailə üzvlərini və yaxın qohumlarını Vətən müdafiəçilərindən miras qalmış nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üçün rüsum ödəməkdən azad edən qanunu təsdiqləyiblər.
Herbiand.az bildirir ki, qanun xüsusi hərbi əməliyyat iştirakçılarının ailə üzvlərini və yaxın qohumlarını nəqliyyat vasitələrinin miras alınması ilə bağlı dövlət qeydiyyatı və digər qeydiyyat prosedurları üçün dövlət rüsumlarını ödəməkdən azad edir.
Bu, xüsusi hərbi əməliyyat iştirakçılarının həyat yoldaşlarına, valideynlərinə, uşaqlarına, nənə-babalarına, nəvələrinə və bacı-qardaşlarına da aiddir.
Qanunvericilər qeyd edirlər ki, oxşar azadolma xüsusi hərbi əməliyyat zonasında və ona bitişik bölgələrdə xidmət etmiş könüllülərin varislərinə də verilir. Bu bölgələrə Donetsk, Luqansk, Krım, Krasnodar diyarı, Belqorod, Bryansk, Voronej, Zaporojye, Kursk, Rostov və Xerson vilayətləri və Sevastopol daxildir.
Bəxtiyar CƏFƏRLİ