Advertisment

Abbas Əraqçi: İranla bağlı məsələlərin hərb yolu ilə həlli yoxdur

İranla bağlı məsələlərin hərb yolu ilə həlli yoxdur. Tehran təzyiq və təhdidlərə təslim olmayacaq.

 İran mediasına istinadla xəbər verir ki, bu barədə cümə axşamı xarici işlər naziri Abbas Əraqçi bildirib.

“Fars” xəbər agentliyinin məlumatına görə, Hindistanda keçirilən “BRICS 2026” xarici işlər nazirlərinin görüşündə çıxış edən Əraqçi bildirib ki, İran bir ildən az müddətdə iki dəfə ABŞ və İsrail tərəfindən təcavüzə məruz qalıb.

“Davamlılıq, innovasiya, əməkdaşlıq və dayanıqlılıq üçün nizam” mövzusunda keçirilən qlobal görüş fevralın 28-də başlayan və hazırda atəşkəs rejimi altında olan ABŞ-İran müharibəsi fonunda keçirilir.

Əraqçi deyib: “İndi hər kəsə aydın olmalıdır ki, İran məğlubedilməzdir və təzyiqə məruz qaldıqda, əvvəlkindən daha güclü və həmrəy olur”. Onun sözlərinə görə, Tehran diplomatiyaya tam sadiq qalır, eyni zamanda, azadlığını, suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək üçün tam gücü ilə mübarizə aparmağa hazırdır.

“Dəfələrlə vurğuladığım kimi, İranla bağlı heç bir məsələnin hərb yolu ilə həlli yoxdur. İranlılar heç bir təzyiqə və ya təhdidə boyun əyməyəcək”, -deyə Əraqçi qeyd edib.

İranlı nazir ölkənin silahlı qüvvələrinin xarici təcavüzkarlara “güclü və sarsıdıcı” cavab verməyə hazır olduğunu bildirib və eyni zamanda, İran xalqının sülhsevər olduğunu və müharibə istəmədiyini vurğulayıb. “Bu rüsvayçı vəziyyətdə biz təcavüzkar deyilik, əksinə, haqsızlığa məruz qalan və təhqir olunmuş tərəfik”, - deyə o bildirib.