Dini icmalar qlobal mənzil böhranının həllində hökumətlər və beynəlxalq təşkilatlar üçün mühüm tərəfdaş rolunu oynaya bilər.
Herbiand.az xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Parlamentarilər: Şəhər öhdəliklərinin milli fəaliyyətə çevrilməsi – hamı üçün mənzilə aparan parlament yolu” adlı dəyirmi masada ABŞ-nin Mənzil Bərabərliyi və İnkişafı (Housing Equity and Development – HEAD) təşkilatının təsisçisi və rəhbəri Chris Elisara bildirib.
Ətraflı
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Onun sözlərinə görə, dünya əhalisinin təxminən 80%-i dini icmalarla əlaqəlidir və bu qurumlar təhlükəsiz, etibarlı və əlçatan mənzil təminatına mühüm töhfə verə bilər.
Chris Elisara qeyd edib ki, 2017-ci ildə Sinqapurda keçirilən din əsaslı şəhər düşüncə platformasında qəbul olunmuş Sinqapur Bəyannaməsində dini təşkilatların ümumi rifah naminə BMT-Habitat ilə əməkdaşlığının Yeni Şəhər Gündəliyinin uğuru üçün vacib olduğu vurğulanıb.
O bildirib ki, WUF13 çərçivəsində təqdim olunan “Faith Pavilion”un Mənzil üzrə Çağırış sənədində hər bir insanın təhlükəsiz, etibarlı və əlçatan mənzilə çıxışının fundamental hüquq olduğu təsdiqlənib.
Chris Elisara BMT-Habitat ilə dini icmalar arasında institusional əməkdaşlığın gücləndirilməsini və Yeni Şəhər Gündəliyi ilə Dayanıqlı İnkişaf Məqsədi 11-in nəzərdən keçirilməsi prosesində bu tərəfdaşlığın daha da dərinləşdirilməsini təklif edib.
Onun sözlərinə görə, məqsəd ayrıca gündəm yaratmaq deyil, mövcud qlobal öhdəliklərin icrasını sürətləndirmək və mənzil hüququnun təmininə birgə töhfə verməkdir.