“Kalaşnikov” konserni müştəriyə yeni SKAT 220 sabit qanadlı pilotsuz uçuş aparatının çatdırılmasına başlayıb.
Herbiand.az bildirir ki, bu barədə konsernin mətbuat xidməti məlumat verib.
Qeyd edilib ki, yüksək sürətli dron hava hücumundan müdafiə zonasında istifadə olunan SKAT 350M modeli əsasında hazırlanıb. SKAT 220 sələfindən daha yüngül və kiçikdir, bu da saatda 160 kilometrə qədər sürətlə uçmağa imkan verir. Təyyarənin çəkisi 12 kiloqramdır və yeni SKAT-ın qanadlarının uzunluğu 2,2 metrdir. Elektrik mühərriki ilə təchiz olunmuş dron 150 dəqiqədən çox havada qala bilir.
Bəxtiyar CƏFƏRLİ