Advertisment

Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? - RƏSMİ AÇIQLAMA

Hazırda Bakıda, Abşeron yarımadasında və Sumqayıtda davam edən qeyri-sabit hava şəraiti axşam saatlarına doğru tədricən kəsiləcək.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, axşam saatlarında artıq yağıntılar kəsəcək.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında mayın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.