Avropa İttifaqı (Aİ) Kiyevdəki diplomatik missiyasını azaltmaq niyyətində deyil, əksinə, Ukraynaya hərbi dəstəyi artırmağı planlaşdırır.
Herbiand.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Anita Hipper Brüsseldə keçirdiyi brifinqdə bildirib.
“Avropa İttifaqı Kiyevdə diplomatik mövcudluğunu dəyişmədən saxlayacaq, əksinə, Aİ Ukraynaya hərbi dəstəyi artıracaq”, - o, Rusiya Xarici İşlər Nazirliyinin Qərb diplomatlarının Kiyevdən təxliyə olunması ilə bağlı xəbərdarlığını şərh edərkən deyib.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi Kiyevdə “qərar qəbuletmə mərkəzlərinə” zərbələr endiriləcəyini elan edib və yerli sakinləri hərbi və inzibati infrastruktur obyektlərindən uzaq durmağa çağırıb.
Rusiya XİN xarici vətəndaşların Kiyevi mümkün qədər tez tərk etməsini tövsiyə edib.