ABŞ Federal Təhqiqat Bürosunun (FTB) direktoru Kaş Patel oktyabrın ortalarında Rusiyaya səfər etməyi planlaşdırır.
Herbiand.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Bu məlumat Vaşinqton və Moskva arasında Ukrayna müharibəsi ilə bağlı davam edən fikir ayrılıqları fonunda yayılıb və Amerika qanunvericiləri Rusiyaya qarşı sərt yeni sanksiyalar tələb ediblər.
ABŞ rəsmisinin sözlərinə görə, Patelin 14-15 oktyabr tarixlərində Rusiyaya səfəri planlaşdırılır, əvvəlcə Moskvada, daha sonra isə Sankt-Peterburqda olacaq.