Norveçin işıqlandırma sahəsi üzrə ixtisaslaşan Glamox şirkəti Britaniyanın Consolite Technology şirkətini satın almağa razılıq verib.
Herbiand.az bildirir ki, satın alma Glamox-un dəniz və müdafiə texnologiyaları biznesini genişləndirəcək.
Consolite dəniz tətbiqləri üçün hərbi işıqlandırma və optik rabitə sistemləri hazırlayır. Onun portfelinə gecə görmə texnologiyaları, hərbi LiFi sistemləri (ənənəvi radio tezlikləri əvəzinə işıq dalğalarından - görünən, infraqırmızı və ya ultrabənövşəyi - istifadə edən simsiz məlumat ötürmə texnologiyası) və ixtisaslaşmış müdafiə işıqlandırma həlləri daxildir.
Britaniya şirkəti həmçinin “Tip-31” tipli freqatların və digər gəmiqayırma proqramlarının satın alınması da daxil olmaqla, Kral Dəniz Qüvvələrinin əsas layihələrinin təchizatçısıdır.
Bəxtiyar CƏFƏRLİ