Azərbaycanın irəli sürdüyü investisiya proqramı Almaniya şirkətləri üçün yeni imkanlar yarada bilər.
Herbiand.az xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts Prezident İlham Əliyevlə birgə mətbuat konfransında deyib.
“Bu gün həmçinin bərpa olunan enerji mənbələrinin inkişafı və hidrogen sahəsində əməkdaşlıq perspektivlərini də müzakirə etdik. Bundan əlavə, Azərbaycanın irəli sürdüyü investisiya proqramı ilə bağlı konstruktiv danışıqlar aparırıq. Bu proqram Almaniya şirkətləri üçün Azərbaycanda yeni imkanlar yarada bilər”, - Fridrix Merts qeyd edib.