Advertisment

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç olub.

Herbiand.az xəbər verir ki, bu gün səhər saatlarında yola salınan köç karvanı kəndə çatıb.

Bu gün Şükürbəyli kəndinə 12 ailə - 55 nəfər köçürülüb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.