Advertisment

İran ABŞ-ın mülki infrastruktura hücumlarını pisləyib

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bekai, ABŞ-ın ölkənin cənubundakı infrastruktur və mülki hədəflərə hücumlarının yaşamaq, təhlükəsizlik və insan ləyaqətinə hücum olduğunu və İranın bu hücumları ən sərt şəkildə qınadığını bildirib.

Herbiand.az İran mənbələrinə istinadən xəbər verir ki, Bekaie həftəlik mətbuat konfransında ABŞ-ın, mülki infrastruktur, körpülər, tibb mərkəzləri və ictimai xidmət müəssisələrinə edilən hücumların sadəcə xəritədəki bir neçə nöqtəyə edilən hücum olmadığını vurğulayaıb.

"Bu hücumlar yaşamaq, təhlükəsizlik və insan ləyaqətini hədəf alır. İranı xəritədəki bir neçə əyalət, şəhər və nöqtə kimi görənlər hələ bu ölkənin əsl mahiyyətini və bütövlüyünü anlamayıblar".

Bekaie İranın fərqli bölgələrdən ibarət olmadığını bildirərək dedi: "Cənubi İran ölkənin ayrılmaz hissəsidir. Bu, ucqar sərhəd bölgəsi deyil, İran xalqının ürəyinə ən yaxın bölgələrdən biridir. İran tək bir varlıqdır və bu varlığın hər hansı bir hissəsinə hücum bütün ölkəyə hücum deməkdir."