ABŞ və Rusiya, dünyanın ən böyük nüvə gücləri olaraq, fikir ayrılıqlarına baxmayaraq, dialoqu davam etdirməlidirlər, ünsiyyət qurmamaq ehtiyatsızlıq olardı.
Herbiand.az xəbər verir ki, bu fikirləri ABŞ Dövlət Katibi Marko Rubio Manilada keçirilən Cənub-Şərqi Asiya Millətləri Assosiasiyasının sammitinin kənarında jurnalistlərə bildirib.
"Biz planetin ən böyük nüvə gücləriyik. Ünsiyyət qurmamaq ehtiyatsızlıq və məsuliyyətsizlik olardı. Hətta fikir ayrılığımız olan sahələr olsa belə, Rusiya hökuməti ilə münasibətlərimizi davam etdirməliyik".