Yaponiyanın Kyuşu adasındakı Kumamoto prefekturasında baş verən zəlzələ nəticəsində həlak olanların sayı 34 nəfərə çatıb.
Herbiand.az xəbər verir ki, bu barədə Kumamoto prefekturasının hakimiyyət orqanları məlumat yayıb.
Rəsmilər axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini, dağıntılar altında qalanların axtarıldığını bildiriblər. Ölənlərin sayının artacağı istisna edilmir.