Advertisment

12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günüdür

Bu gün Azərbaycanın əsas qanununun – Konstitusiyanın qəbul edilməsindən 31 il ötür.

Herbiand.az xatırladır ki, Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilib. Bu, ölkəmizin dövlət müstəqilliyini bərpa etməsindən sonra qəbul olunan ilk Konstitusiyadır.

Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Sonrakı illərdə, 1925-ci və 1978-ci illərdə Azərbaycan SSR-in əsas qanununa yeni redaksiyalarla dəyişikliklər edilib.

Müstəqillik əldə edildikdən sonra yeni Konstitusiya layihəsinin hazırlanmasına başlanılıb və 1994-cü ildə Prezident Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası yaradılıb. 1995-ci ildə ümumxalq müzakirəsinə çıxarılan layihə noyabrın 12-də keçirilən referendumda qəbul olunub.

Beş bölmə, 12 fəsil və 158 maddədən ibarət olan Konstitusiya Azərbaycanın hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun əsasını təşkil edir. 1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-si Konstitusiya Günü elan edilib. Əsas qanuna 2002, 2009 və 2016-cı illərdə referendum yolu ilə əlavə və dəyişikliklər edilib.

Aydın

Herbiand.az