Advertisment

Köhnəlməyən klassika - “Faqot”

1970-ci ildə xidmətə başlayan “Faqot” tank əleyhinə idarə olunan raket sistemi xüsusi hərbi əməliyyat zonasında fəal şəkildə istifadə olunur. Sistemin raketləri düşmən texnikasının məhv edilməsini təmin edir.

Herbiand.az xəbər verir ki, bu barədə “Kalaşnikov” konserni Telegram-da bildirib.

İstehsalçı “Faqot”-dan istifadə edən raket heyətinin təlim görüntülərinə diqqət edib: "Köhnəlməyən klassika - əsgərlər bu cür hörmətlə “Faqot” adlandırırlar".

“Kalaşnikov” müəssisələrindən biri tərəfindən istehsal edilən sistem 4000 metrə qədər məsafədəki hədəfləri vurmaq qabiliyyətinə malikdir. Sistem zirehli texnikaları, helikopterləri və Ukrayna Silahlı Qüvvələrinin atəş mövqelərini məhv edə bilər. Bundan əlavə, tank əleyhinə raket bəzi dronlara da çata bilər.

Bəxtiyar CƏFƏRLİ