Daha bir “Yars” qitələrarası ballistik raketi silos atıcı qurğuya yüklənib.
Herbiand.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik qeyd edib ki, raketin silosa quraşdırılması üçün xüsusi nəqliyyat və yükləmə bölməsindən istifadə edilib. Proses bir neçə saat çəkib.
Rəsmi məlumatlara görə, həm silos əsaslı, həm də mobil versiyalarda olan “Yars” raketləri Strateji Raket Qüvvələri qruplaşmasının əsasını təşkil edir. Raket 11.000 km-ə qədər məsafədəki hədəfləri vurmaq qabiliyyətinə malikdir.
Bəxtiyar CƏFƏRLİ