İtaliya Baş nazirinin müavini Matteo Salvini Ukrayna səfiri ilə görüşəcəyini və mübahisəli "Sülhməramlı" (“Mirotvorets” – red.) veb saytın bağlanmasını tələb edəcəyini açıqlayıb. O, təkcə özünün deyil, bütün italyanların məlumatlarının silinməsində israr edəcək.
Herbiand.az bildirir ki, daha əvvəl Baş nazir Corcia Meloni Ukrayna prezidenti Vladimir Zelenskidən izahat tələb edərək bunun bütün italyanlar üçün qəbuledilməz olduğunu bildirmişdi.
Salvini vurğulayıb: "Bilirəm ki, adım bu terrorçu veb saytdakı siyahıdan çıxarılıb, amma bu, kifayət deyil. Mən "Sülhməramlı"nın tamamilə bağlanmasını istəyirəm".
Bəxtiyar CƏFƏRLİ