Advertisment

Livan İran Sazişinə daxil edilməyib - Bu, anlaşılmazlıqdır – VENS

İranla atəşkəs müzakirə edilərkən, ABŞ Tehrana İsrailin Livan ərazisinə hücumlarına son qoymaq barədə heç bir vəd verməyib.

Herbiand.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid (J.D.) Vens çərşənbə günü Budapeştdə jurnalistlərlə söhbətində bildirib.

"Düşünürəm ki, bu bir anlaşılmazlıqdır".

Vens bildirib ki, ABŞ atəşkəsin Livanı əhatə etdiyini barədə heç vaxt vəd verməyib.