Advertisment

 “İskəndər-M”in zərbələrinə görə Ukrayna HHM-nin effektivliyi zəifləyib

“İskəndər-M” kompleksinin raket zərbələri Ukraynanın hava hücumundan müdafiə qüvvələrini qeyri-effektiv hala gətirir.

Herbiand.az bildirir ki, bu barədə Amerikanın Military Watch Magazine (MWM) jurnalı yazıb.

“Ukraynanın hava hücumundan müdafiəsi getdikcə daha çox zəifləyir”, - məqalədə deyilir.

Qeyd olunub ki, Qərb ölkələrinin bu raket sistemlərinin gücünü azaltmaq cəhdlərinə baxmayaraq, Ukrayna Silahlı Qüvvələrinin komandanlığı dəfələrlə təsdiqləyib ki, hətta Amerikanın “Patriot” hava hücumundan müdafiə sistemləri də “İskəndər” raketlərinə qarşı etibarlı müdafiəni təmin edə bilmir.

Bəxtiyar CƏFƏRLİ