Advertisment

ABŞ donanması daha bir esmineslə güclənib

Ötən həftə Norfolk hərbi-dəniz bazasında (Virciniya ştatı) “Arleigh Burke” sinifli “Harvi Barnum-jr.” esminesinin ABŞ donanmasına təhvil verilməsi mərasimi keçirilib.

Herbiand.az bildirir ki, mərasimdə yüksək vəzifəli hərbi liderlər, dənizçilər, dəniz piyadaları, veteranlar və onların ailələri də daxil olmaqla təxminən 1800 qonaq iştirak edib.

“Harvi Barnum-jr.” ABŞ Hərbi Dəniz Qüvvələri üçün inşa edilmiş 74-cü “Arleigh Burke” sinifli esminesdir. Su tutumu 9500 tona çatır, uzunluğu 155,29 metr, eni 20 metrdir. Heyət 300 nəfərdən ibarətdir.

Esminesin əsas zərbə silahları SM zenit raketlər ailəsi, “Tomahawk” qanadlı raketlər və ASROC sualtı qayıq əleyhinə raketləri ata bilən iki Mk.41 universal buraxılış qurğusudur. Arsenala həmçinin, 127 mm-lik Mk.45 top dayağı, altı lüləli 20 mm-lik Phalanx zenit top dayağı, iki 25 mm-lik M242 Bushmaster topu, dörd 12,7 mm-lik pulemyot, iki ədəd üçlü 324 mm-lik torpedo borusu və “Harpoon” gəmi əleyhinə raketlər daxildir. Gəminin göyərtəsinə iki SH-60 “Seahawk” helikopteri yerləşir.

Bəxtiyar CƏFƏRLİ