“Kalaşnikov” konserni ən yeni “Krona” qısa mənzilli Hava Hücumundan Müdafiə raket sisteminin ilkin sınaqlarına başlayıb.
Herbiand.az konsernin mətbuat xidmətinə istinadən bildirir ki, “Krona” vahid sistemə inteqrasiya olunmuş, silahlarla təchiz edilmiş aşkarlama, idarəetmə və avtomatlaşdırılmış mobil döyüş maşınları və ya stasionar döyüş modulları sistemidir.
Sistem üçün “Kalaşnikov” tərəfindən kütləvi istehsal edilən 9M340 və 9M333 idarə olunan raketlərdən istifadə olunur.
“Krona” vacib dövlət obyektləri, eləcə də kritik infrastruktur və şəhər infrastrukturu, anbarlardakı xüsusi yüklər və strateji rabitə strukturları üçün hava hücumundan müdafiəni təmin etmək üçün nəzərdə tutulub. Sistemin əsas hədəfləri orta səviyyəli pilotsuz uçuş aparatlarıdır.
Bəxtiyar CƏFƏRLİ