ABŞ-ın İran limanlarını blokada etməsi təkcə Tehranın ən böyük ticarət tərəfdaşları olan Çin, Türkiyə, Hindistan və Pakistana deyil, həm də Azərbaycan və Ermənistana zərbə vuracaq.
Herbiand.az xəbər verir ki, bu barədə dünyanın iqtisadi coğrafiyasının təhlili ilə məşğul olan “Observatory of Economic Complexity” təşkilatının hesabatında bildirilir.
Hesabata görə, Azərbaycan və Ermənistan bir sıra ərzaq və qeyri ərzaq məhsullarının ucuz analoqlarını məhz İrandan tədarük edir.