Advertisment

“Qərbin Ukrayna ilə yeni hərbi blok yaratmaq planları...” - Lavrov

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Qərb yeni hərbi bloku nəzərdən keçirir.

Herbiand.az bildirir ki, Lavrov bu barədə Pekində keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə Ukrayna burada aparıcı üzv olacaq: “Ukraynanın əsas iştirakçısı olduğu yeni bir blok yaradılır. Zelenski birbaşa deyir ki, Ukrayna Avropanı Rusiyadan qoruyacaq”.

Rusiya XİN rəhbəri həmçinin xatırladıb ki, ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Keyt Kelloq hazırda Ukraynanın aparıcı üzv olduğu yeni hərbi blok yaratmaq ideyasını fəal şəkildə təbliğ edir.

Bəxtiyar CƏFƏRLİ