Norveç maliyyə naziri və NATO-nun keçmiş baş katibi Yens Stoltenberq hesab edir ki, alyans yaxın gələcəkdə mövcudluğuna son qoya bilər.
Herbiand.az xəbər verir ki, o, bunu Danimarkanın TV2 televiziya kanalına verdiyi müsahibədə bildirib.
Stoltenberq deyib ki, NATO-nun əbədi mövcud olması təbiət qanunu deyil: “NATO-nun növbəti on il ərzində mövcud olacağı da məlum deyil”.
Keçmiş baş katib ABŞ prezidenti Donald Trampın hələ prezidentliyinin ilk müddətində NATO-dan çıxmaqla hədələdiyini xatırladıb.
Bəxtiyar CƏFƏRLİ